Poroşenko və Zelenski səsvermədə: "Ədalətli, demokratik seçki qalib gələcək”

img

21-04-2019 [14:51]


Ukraynada prezidentliyə namizəd Petro Poroşenko məntəqəyə gələrək səs verib.

Poroşenko səsvermədən öncə ailəsi ilə birgə "Mixaylovski” kilsəsinə gələrək dualar edib.

Səsvermədən sonra jurnalistlər qarşısında çıxış edən Poroşenko deyib ki, ölkədə ədalətli, şəffaf seçkilər keçirilir: "Ukrayna demokratik yolla irəliləyir, Avropa İttifaqına inteqrasiya edir. Avropa yolunda islahatlar davam edəcək. İnanıram ki, xalq öz düzgün seçimini edəcək, ədalətli, demokratik seçki qalib gələcək”.

Qeyd edək ki, seçkilərin ikinci turunda prezidentlik uğrunda namizədlər Vladimir Zelenski ilə Petro Poroşenko mübarizə aparırlar/Azərtac.

Qeyd edək ki, bu gün səs verən Poroşenkonun rəqibi Zelenski də açıqlama verib. O deyib ki, bu gün ukraynalıların qələbəsi olacaq: "Hamımız ukraynalıların gələcəyi üçün birləşmişik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR