Pasxa bayramı qana boyadıldı: 8 kilsə və otel partladıldı - 210-a yaxın ölü, 500-dən çox yaralı var + VİDEO

img

21-04-2019 [13:27]


Son məlumata görə, Şri-Lankada bu gün ərzində ard-arda 8-ci partlayış da törədilib, ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadən bildirir ki, bununla bərabər verilən məlumata görə, ümumilkdə ölənlərin sayı 210 nəfərə yaxınlaşıb, yaralı sayı isə 500-ü keçib.

Faktı yerli hüquq-mühafizə orqanları təsdiqləyib. 

Bildirilib ki, hazırda ölkənin hər yanında fövqəladə rejimə keçilib. İnsanalara küşələrə çıxmaq qadağası qoyulub.

İddialara görə, partlayışların çoxu üzərinə bomba bağlamış intiharçılar tərəfindən törədilib.

Sri - Lankanın Baş naziri Ranil Vickremesinge isə "Twitter" hesabından xalqın hədəfə alındığını yazıb: "Bu gün xalqımızın hədəfə alan alçaq hücumları şiddətlə qınayıram. Bütün xalqımızı bu gün birliyə və güclü olmağa dəvət edirəm. Hökumət bu hadisələrin qarşısını almaq üçün bütün qabqalayıcı addımları atır".

***

Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb.

Bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.

Bildirilir ki, Kolombo şəhərindəki otellərdə partlayışlar nəticəsində 40 nəfər ölüb, 295 nəfər yaralanıb.

Neqombo şəhərindəki kilsədə törədilmiş partlayış nəticəsində 93 nəfər həyatını itirib. Battikaloa şəhərində isə kilsədəki partlayış zamanı 27 nəfər ölüb, daha 73-ü yaralanıb.

***

Şri-Lankada kilsə və oteldə Pasxanın bayram edilməsi zamanı törədilən partlayışlar nəticəsində 42 nəfər həyatını itirib.

Bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 6 partlayış baş verib. Onların əksəriyyəti Kolombo və paytaxt yaxınlığında yerləşən Neqombo şəhərlərində qeydə alınıb.

Hadisələr zamanı daha 280 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib/Report

 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR