warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir Link kısalt mavi orkide PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü Warez forumu hacklink al
Şriftin ölçüsü / 206 dəfə oxunub

Bu rayonlarda vakant polis nəfəri vəzifələri var - DİN siyahını və şərtləri açıqladı

20 Aprel 2019 [18:48]
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Quba, Hacıqabul, Bərdə, Qəbələ rayonlarında və Gəncə şəhərində sıra baxışları keçirəcək.

DİN-in mətbuat xidmətindən Mia.az-a daxil olan xəbərə görə, mayın 3-də DİN-in Daxili Qoşunlarının Quba rayonundakı hərbi hissəsində Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant (42 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı olacaq.

Mayın 7-də Daxili Qoşunlarının Hacıqabul rayonunda yerləşən hərbi hissəsində Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl, Hacıqabul, İmişli, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər, rayon polis orqanlarında vakant (169 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçiriləcək.

Mayın 13-də isə Daxili Qoşunların Bərdədəki hərbi hissəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqən, Füzuli, Xocavənd, Yevlax, Mingəçevir, Kürdəmir və Zərdab şəhər, rayon polis orqanlarında vakant (74 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı təşkil olunan sıra baxışı təşkil ediləcək.

Mayın 18-də Daxili Qoşunlarının Qəbələdəki hərbi hissəsində Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Ağdaş, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ, Qobustan və Ucar şəhər, rayon polis orqanlarında vakant (114 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçiriləcək.

Mayın 24-də isə Daxili Qoşunlarının Gəncədəki hərbi hissəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant (103 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı olacaq.

Sıra baxışlarına yalnız yuxarıda adları qeyd edilən rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan şəxslər qatıla bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.

Boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.


SON XƏBƏRLƏR