Türkiyə ordusu şəhidlərin qisasını aldı

20-04-2019 [18:22]

Türkiyə ordusu İraq sərhədində keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan əsgərlərinin qisasını alıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın Zap bölgəsində keçirilən əməliyyat zamanı PKK-nın ən azı 20 silahlı üzvü məhv edilib.

Xatırladaq ki, ötən axşam PKK bu bölgədə türk ordusunun əsgərlərinə hücum edib.

Nəticədə 2-si xəstəxanada olmaqla, 4 əsgər şəhid olub, 6-sı yaralanıb.



SON XƏBƏRLƏR