Məşhur iş adamı bağ evində azərbaycanlı tərəfindən öldülürüldü - Beynəlxalq axtarışa verildi

img

20-04-2019 [11:09]


Türkiyənin məşhur iş adamı Şahin Akça azərbaycanlı tanışı tərəfindən öldülürüb.

Amerikada yaşayan və hər il Türkiyə istirahətə gələn Şahin Akçanın İstanbulda yerləşən bağ evində çürümüş meyti tapılıb.

Polis tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, iş adamı boğularaq öldürülüb. O, sonuncu dəfə S.M adlı Azərbaycan vətəndaşı ilə telfon vasitəsilə danışıb. Bundan sonra onlar görüşərək Şahin Akçanın Tekirdağdakı bağ evinə gəliblər. Tibb ekspertizanın verdiyi rəyə görə, iş adamı 15 gün əvvəl dünyasın dəyişib.

Onun ölümündə şübhəli bilinən azərbaycan vətəndaşı S.M isə qaçaraq ölkəni tərk edib. Türkiyə hüquq mühafizə orqanları İnterpol xətti ilə Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.




Digər xəbərlər
SON XƏBƏRLƏR