10 min polisin qoruduğu tarixi debat: Zelenski seçicilərin, Poroşenko bayrağın önündə diz çökdü + VİDEO

19-04-2019 [23:33]

Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski ilə Petro Poroşenkonun mərkəzi "Olimpiya” stadionunda debatı qarşılıqlı ittihamlar və suallarla zəngin olub.

Mia.az xəbər verir ki, 10 mindın çox polisin təhlükəsizliyini təmin etdiyi debatda Poroşenko və Zelenski qarşılıqlı sualları cavablandırıblar.

Əməkhaqları, sosial islahatlar, ordu, təhlükəsizlik, ölkənin ərazi bütövlüyü, korrupsiya halları hər iki namizədin çıxışının ana xətti olub. Zelenskini aktyorluğu, Poroşenkonun hökmü seçicilərin nəzərindən qaçmayıb.

Debat zamanı maraqlı anlardan biri də Zelenskinin seçicilər, Poroşenkonun isə Ukrayna bayrağı qarşısında diz çökməsi olub.

Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

 



SON XƏBƏRLƏR