Tbilisidə banka silahlı hücum edilib

img

19-04-2019 [13:50]


Bu gün səhər Gürcüstanın ən iri banklarından olan "Liberty Bank”ın (əvvəllər Gürcüstan Xalq Bankı) Tbilisidəki filiallarından birinə silahlı hücum törədilib.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, hadisə nəticəsində bankın 2 əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücum edənlərin dəqiq sayı məlum deyil və onlar hadisə yerindən uzaqlaşıblar. Hələlik pul oğurlanıb-oğurlanmadığı bəlli deyil.

Hadisə yerinə polis cəlb olunub, əməliyyat axtarış tədbirləri görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR