Bakı və Neftçalada narkotiklə bağlı əməliyyat keçirildi - Həbs edilənlər var

img

19-04-2019 [11:46]


DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əbdülqəlimov saxlanılıb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 50 qram marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 320 qram marixuana götürülüb.

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şemyakindən 450 qram marixuana götürülüb.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdan 210 qram marixuana götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR