Şriftin ölçüsü / 122 dəfə oxunub

Samux rayon Təhsil şöbəsi şagirdlərin qeyri-etik videogörüntüsünü araşdırır

18 Aprel 2019 [18:23]
Samux rayon Təhsil şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Təhsil şöbəsindən bildirilib.

Qeyd olunub ki, araşdırmanın nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, mətbuatda İnstitut qəsəbə məktəbinin şagirdlərinin qeyri-etik hərəkətləri yer alan görüntülər yayılıb.


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib