AMEA Riyaziyyat və Mexanika İnstitutunda bu ixtisaslar üzrə müdafiə şurasının tərkibi təsdiqlənib - SİYAHI

img

18-04-2019 [17:20]


AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. 

Mia.az xəbər verir ki, iclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. 

O, Azərbaycan elminin inkişafında əvəzsiz xidməti olan alimlərin adına xatirə nişanlarının təsis olunduğunu şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili məsələsinə baxlıb. 

"Riyazi analiz", "Diferensial tənliklər", "Optimallaşdırma və optimal idarəetmə", "Riyazi fizika" ixtisasları üzrə ixtisaslaşdırılmış müdafiə şurasının tərkibi təsdiq edilib. 

Qeyd edək ki, ixtisaslaşdırılmış müdafiə şurasının sədri f-r.e.d., prof. Telman Məlikov, sədr müavini r.e.d., prof. Ədalət Axundov, üzvləri AMEA-nın müxbir üzvü,prof. Vaqif Quliyev, AMEA-nın müxbir üzvü, prof. Bilal Bilalov, f.r.e.d., prof. Əkbər Əliyev, f.r.e.d., prof. Məmməd Bayramoğlu, f.r.e.d., prof. Hamlet Quliyev, f.r.e.d., prof. Rafiq Tağıyev, f-r.e.n., dos. Əbdürrəhim Quliyev və f-r.e.n., dos. Şirmayıl Bağırovdur.

Sonra institutun doktorant və dissertantlarının attestasiyası keçirilib. Attestasiyada doktorantura yolu ilə fəlsəfə doktorluğu hazırlığı üzrə müvafiq ixtisaslar üzrə 7(əyani), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 13, dissertantura yolu ilə elmlər doktoru hazırlığı üzrə 9 nəfər iştirak edib.

Sonda M. Mərdanov doktorant və dissertantların elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələrini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR