Şriftin ölçüsü / 297 dəfə oxunub

Konstitusiya Məhkəməsi sədri və hakimlərinin maaşı qalxdı

18 Aprel 2019 [16:30]
Azərbaycan Prezident İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mia.az  xəbər verir ki, qanuna əsasən, "Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

"Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.

Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.


SON XƏBƏRLƏR