18-04-2019 [16:09]
Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə atası Ağalar Dostəliyevin özü haqqında danışdıqarına cavab verib.
Mia.az xəbər verir ki, Pərvanə Dostəliyeva Unikal.org-a açıqlamasında bildirib ki, atası yalan deyir:
"Zeynəbin evində atam məni qucaqlayıb şəkil çəkdirirdi. Bibim Zeynəb Dostəliyevada şəkillər var. Sadəcə bu onlara sərf eləmir deyə ortaya çıxarmırlar. 15-16 yaşına kimi Zeynəbgilə gedib-gəlirdim. Anamla Bakıdan onlara görə gedəsi olduq. Onlar deyir ki, guya mən onları şantaj etmişəm. Dediklərinin hamısı yalandır. Mənim pula ehtiyacım yoxdur. Nazpəri deyirdi ki, qardaşımın elə qızı yoxdur. Ancaq mən şəkilləri paylaşan kimi oldum qardaşı qızı?".
Pərvanə anası Şəhla ilə atasının tanışlığından da söz açıb. O bildirib ki, Ağalar anasını qəbiristanlıqda zorlayıb:
"Anam o zamanlar keçirilən bayramda iştirak edib, evə qayıdarkən atam onu zorla "Qurd Qapısı" qəbiristanlığına aparıb, orada təcavüz edib. Ondan sonra səs-səmir çıxmaması üçün arvadı edib, evlərinə aparıb. Onda məlum olub ki, Ağalar 4 aylıq evli imiş. Anam hamilə olanda da anamı döyüblər ki, hamiləliyi pozulsun. Anamın başını unitaza soxub, sifonu çəkirmiş. Hətta bununla kifayətlənməyib, anamı dəlixanaya kimi saldırıblar. Onlar soyadını da məhkəmə vasitəsilə mənə verib".
O, atasının ona təcavüz etdiyini iddia edib:
"İlk dəfə bulvardan qayıdanda atam mənə təcavüz elədi. Sadəcə cinsi münasibətdə olmadıq. Qalan başıma ən pis oyunları açdı. Bu xoşagəlməz hadisə 10-12 gün Zeynəbin evində davam etdi. Məni qorxutduğundan bu barədə heç kimə heç nə demədim. Atam öləndə belə bu əməlinə görə ona rəhmət düşməyəcək".
Pərvanə bildirib ki, ata nənəsi də onu nəvə kimi qəbul edib:
"Məni Nazpərinin anası Xanımnaz da qəbul edirdi. O, mikrorayonda Zeynəblə qonşuluqda yaşayırdı. Dəfələrlə görüşmüşük. Nənəm xəstə olanda ona qulluq etmişəm..."
Pərvanə atasının onun kafelərdə, çayxanalarda mahnı oxuması fikrinə sərt cavab verib:
Mən neçə ildir Bakıda yoxam. Hansı kafedə oxumuşam gəlsin, göstərsin. Mən 10 ildir Azərbaycana ayağımı basmıram. Onun müsahibəsini də oxumuşam. O, ağzına, ağlına gələni danışıb".
Atasının Pərvanənin İlhamə Quliyevaya "Azəristar"a çıxması üçün pul verib deməsini əsassız adlandırıb:
"İlhamə brillyantın, qızılın içində üzürdü. Onun mənim puluma nə ehtiyacı vardı? Ağaları bacıları öyrədirdi. O da mənə deyirdi ki, başını kəsərəm İlhamə Quliyeva ilə oturub-durma. Bacıları da mənim sənətdə uğur qazanmağıma imkan vermədilər".
O, atasını məhkəməyə verməyəcəyini bildirib:
"Ağalar ölüb, onun nəyini məhkəməyə verəcəm. Qohum-qonşu yemək yeyib sümüyünü onun üçün aparırlar. İlahi ədalət deyilən bir şey var. Allah onun cəzasını verəcək".
Pərvanə bildirib ki, atasının 3 arvadı var:
"Anamdan əvvəl Ofeliya adında qarmon ifaçısı ilə evlənib. Ondan iki oğlu var. Anamdan yeganə övladı mənəm. Anamdan sonra da bir arvad alıb ondan da bir qızı var. Onun da necə həyat yaşadığını instagram səhifəsinə daxil olanda görmək olar. Atam uşaqlara çox zülüm verib. Oğlanlarının Alatava qəsəbəsindəki evini satdı. Onlar uşaq olanda araq almaq üçün dükana göndərərdi. Araq almayanda da uşaqları döyərdi Belə ki, onlara cəza olaraq su dolu vedrələri başlarında saxlatdırardı".
O, atası və bibiləri haqqında söylədiklərini populyarlıq üçün etmədiyini bildirib:
"Mən əgər bunu populyarlıq üçün etsəydim 24 yaşımda edərdim. Məşhurluq qazanmaq üçün lazım olsa başqa yola da düşərdim. Amma etmədim. Çünki bunlara ehtiyacım yoxdur. Sadəcə olanları dedim ki, hamı bu məsələni bilsin".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"