"Mən Cəbrayıla İrəvandan gedə bilmərəm” - Jurnalist Ermənistana səfərə etiraz edir

18-04-2019 [14:27]
"Sülh danışıqlarının əleyhinə deyiləm. Amma Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Jurnalistlərin səfəri məsələsinə gəlincə, mən jurnalist statusu ilə hələlik heç bir səfərdə iştirak etmək istəmirəm. Mən Cəbrayıla İrəvandan gedə bilmərəm”.

Mia.az xəbər verir ki, bu sözləri Musavat.com saytına açıqlamasında əslən Cəbrayıl rayonundan olan tanınmış jurnalist Seymur Verdizadə deyib.

 Jurnalist bildirib ki, Qarabağa Ermənistandan getmək böyük utancdır və o, bu utancı qaldıra bilməz: "Lələtəpədən bizim kəndimizə yarım saatlıq yoldur. Mən bu marşurutu təklif edirəm. Əlimdə silah öndə getməyə, bələdçilik etməyə hazıram”.


SON XƏBƏRLƏR