Qarabağ qaziləri Ramil Usubova müraciət edib

img

18-04-2019 [13:13]


Qarabağ qaziləri Daxili İşlər naziri, general - polkovnik Ramil Usubova müraciət edib.

Mia.az həmin müraciəti təqdim edir:
 
"Hörmətli cənab nazir, biz aşağıda adları keçən Qarabağ qaziləri haqqın , ədalətin bərpası üçün Sizə müraciət edirik və ümidvarıq ki , Sizin birbaşa müdaxiləniz nəticəsində qeyrətli bir polis zabitinin hüquqları bərpa ediləcək.

Biz Qarabağ qaziləri torpaqlarımıza erməni təcavüzü başlayandan Azərbaycan polisinin göstərdiyi igidlik və qəhrəmanlığın canlı şahidləriyik silahlı qüvvələrimizin olmadığı bir dövrdə torpaqlarımızın müdafiəsinin bütün ağırlığı məhz Azərbaycan polisinin öhtəsinə düşmüşdür Azərbaycan polisi həm cinayətkarlıqla mübarizə aparır,həm də səngərdə düşmənlə döyüşürdü. 100 lərlə qeyrətli polisimiz Vətən yolunda şəhid və əlil olmuş,onlarla polisimiz Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Cənab nazir,Sizin Qarabağda döyüş yolu keçmiş şəhid polislərimizin ailələrinə,əlil və veteranlarına göstərdiyiniz qayğını biz həmişə yüksək qiymətləndirmişik.Məhz buna görə Sizə müraciət etməyi qərara gəldik söhbət Qarabağda şərəfli döyüş yolu keçmiş ehtiyatda olan polis zabiti Babayev Böyükağa Ənvər oğlundan gedir.

Böyükağa Babayev 1961-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1988-ci ildə erməni təcavüzü başlayan gündən Böyükağa Babayev könüllü olaraq Cəbrayıl,Qubadlı,Laçın və Zəngilanda polis və könüllərlə birlikdə ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir.

1992-ci ildə DİN-də Qarabağda döyüşmək üçün yaradılan xüsusi rotanın komandiri kimi həmin bölgələrdə gedən döyüş əməliyyatlarında iştirak etmiş, bir zabit və komandir kimi üzərinə düşən vəzifəni həmişə layiqincə yerinə yetirmişdir.

Sonralar Nəsimi PŞ-də baş əməliyyat müvəkkili və Yasamal PŞ-nin 28-ci polis bölməsinin rəisi kimi cinəyatkarlığa qarşı mübarizə aparmışdır.Rəis işlədiyi dövrdə də döyüşən oğullara həmişə maddi və mənəvi yardım göstərmiş,döyüş əməliyyatlarında iştirak etmişdir.

Ancaq çox təəssüf ki dəfələrlə DŞN-nin müvafiq qurumlarına müraciət etsə də Qarabağ veteranı statusunu ala bilməmişdir.Komandiri olduğunu rotanın polisləri veteran statusu aldığı halda, komandirlərinə bu status verilmir.

Cənab nazir B.Babayeb Qarabağ döyüşçüləri arasında böyük nüfuza malikdir.Bakı şəhər Qarabağ şəhid əlil və veteranlar birliyinin idarə heyətinin üzvü kimi gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində böyük işlər görür bu gündə Qarabağ döyüşlərində iştirak etmək arzusundadır.

Hörmətli Ramil müəllim ümid edirik ki, bizim bu müraciətimizə diqqətlə yanaşıb Böyükağa Babayevə veteran statusunu verilməsinə yardımçı olacaqsınız.

Hörmətlə, Qarabağ qaziləri

1.Arif Paşayev(Laçın)-811 saylı h/h-nin komandiri.
2.Adil Həşimov(Qubadlı) 851 saylı h/h-nin komandiri.
3.Vaqif Əliyev(Cəbrayıl) Qarabağ qazisi

P.S.
Dəyərli əlil və veteran qardaşlar bu müraciəti paylaşmağınızı xahiş edirik.Məsələni ictimailəşdirməklə döyüşçü qardaşımıza kömək edək.



Digər xəbərlər
SON XƏBƏRLƏR