Azay Quliyev Türkiyədə görüşlər keçirib

17-04-2019 [23:52]
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bu gün Ankarada Türkiyə parlamentinin vitse-spikeri Sürəyya Sadi Bilgiçlə görüşüb. 

Mia.az xəbər verir ki, görüşdə ATƏT PA -Türkiyə əlaqələri, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində birgə fəaliyyət, Azərbaycan-Türkiyə parlamentlərinin beynəlxalq miqyasda irəli sürdükləri təşəbbüslər müzakirə edilib.

Azay Quliyev bu gün həmçinin, Türkiyə Daxili İşlər nazirinin müavini Mehmet Ərsoyla da görüşüb. Görüşdə Azərbaycan Türkiyə QHT-lərinin əməkdaşlıq platformasının yaradılması haqqında razılıq əldə edilib. 

Deputat Azay Quliyev bu qərarın hər iki qardaş ölkənin milli maraqlarına və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib. 




SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə