“Raquf Orucov Kuboku” beynəlxalq turniri başa çatdı - Qaliblər kimlərdir?

img

17-04-2019 [23:48]


Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, "Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçirilən üçüncü "Raquf Orucov Kuboku” beynəlxalq turniri başa çatıb.

Mia.az xəbər verir ki, yaşı 21-dək (U-21) cüdoçulardan ibarət komandalar arasında keçirilən turnirdə Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan ümumilikdə 17 komanda iştirak edib.

Üçüncü "Raquf Orucov Kuboku”nun qalibi Gürcüstan komandası olub. 

İkinci yeri "Judo Club 2012” idman klubunun "Judo Club-1” komandası tutub. 

Üçüncü yerlərə isə Rusiyanın "Mahaçqala” və "Qroznı” komandaları layiq görülüb.

Birinci yeri tutmuş komandaya kubok, digər komandalara diplomlar və pul mükafatları təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR