İntihara cəhd edən sabiq dövlət başçısı xəstəxanada öldü

17-04-2019 [20:32]
Perunun sabiq Prezidenti Alan Qarsia xəstəxanada dünyasını dəyişib.

Hazırkı dövlət başçısı Martin Vizkarra məlumatı təsdiqləyib. 

O, "Twitter” səhifəsində mərhumun ailəsinə başsağlığı verib/Report.

Xatırlaadq ki, bu gün polis əməkdaşları keçmiş prezidenti evində həbs etmək istəyərkən o, özünə tapançadan atəş açıb. 

Sabiq prezident korrupsiyada ittiham olunurdu. 

Qeyd edək ki, A.Qarsiya iki dəfə Peru prezidenti olub. O, 1985-1990 və 2006-2011-ci illərdə dövlət başçısı postunu tutub. 


SON XƏBƏRLƏR