Balakən sakinindən narkotik vasitə götürülüb

img

17-04-2019 [15:34]


Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı rayonun Gərəkli kənd sakini 27 yaşlı Anar Dibirov şübhəli şəxs qismində saxlanılıb. 

Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 430 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR