"Əsədlə söhbətimiz haqda Ərdoğana hesabat verəcəm" - Zərif Türkiyədə Suriya görüşlərindən danışdı

17-04-2019 [13:25]

Türkiyəyə səfər edən İranın xarici işlər naziri Cavad Zərif həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında Suriya prezidenti Bəşər Əsədlə görüşündən danışıb.

Mia.az xəbər verir ki, o, deyib ki, son ildə "Astana formatı" çərçivəsində Suriyada sabitliyi böyük anlamda təmin etməyi bacarıblar: "Biz Türkiyə və Rusiya ilə birgə Suriyada fəaliyyətimizi davam etdirəcəyik. Ötən iki gündə Suriyada oldum. Orada Prezident Əsəd və digər səlahiyyətlilərlə görüşdüm. Bununla bağlı prezident Ərdoğana hesabat verəcəyəm.  Güman edirəm ki, İran və Türkiyə birlikdə bu bölgədə daha gözəl əlaqələr yarada bilərik".

Zərif deyib ki, Türkiyə ilə birlikdə bölgədə sabitliyin yaranmasında və ikitərəfli ticarət əlaqələrinin daha da irəli getməsində çox maraqlıdırlar: "Türkiyə ilə siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin ticarət əlaqələrimiz hədəflədiyimiz 30 milyard dollardan çox uzaqdır".

Çavuşoğlu isə ABŞ-ın İran İnqilab Keşçikçilərinin terror qruplaşması elan etməsini təhlükəli sayıb: "Bu, son dərəcə yanlış qərardır".



SON XƏBƏRLƏR