İmamoğlu Binəli Yıldırımın üstünə getdi: "Millətin buna ehtiyacı var" - Məzarlıqda sürpriz görüş + FOTO

img

17-04-2019 [12:27]


Türkiyənin 8-ci prezidenti Tturqut Özalın anım mərasimi üçün məzarlığa gedən İstanbul bələdiyyəsinin iki rəqib namizədi - Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında sürpriz görüş olub.

Mia.az xəbər verir ki, Binəli Yıldırım məzarlıqdan ayrılan zaman Əkrəm İmamoğlu mərasim yerinə gəlib.

O, həmin an vətəndaşlarla söhbət edən Yıldırıma yaxınlaşıb.

Bununla bağlı jurnalistlərə açıqlama verən İmamoğlu deyib ki, Binəli Yıldırımı görən kimi maşınından enib: "Düşüb yanına getdim, əlini sıxdım. Bir az daha dursaydı, onu qucaqlayacaqdım da. Çünki millətin bu qucaqlaşmaya ehtiyacı var".

Digər xəbərlər
SON XƏBƏRLƏR