Elmar Məmmədyarov Marek Kuxçinskini Azərbaycana dəvət etdi

img

16-04-2019 [22:50]


Polşa Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Polşa Seyminin marşalı (spiker) Marek Kuxçinski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə,seymin marşalı E.Məmmədyarovu səmimi salamlayaraq, 2017-ci ilin aprelində Azərbaycanın xarici işlər nazirinin Polşaya rəsmi səfərini xatırladıb və bu səfərlərin Polşa və Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına təkan verdiyini qeyd edin. İki ölkə arasındakı əməkdaşlığın parlament ölçüsünün əhəmiyyətindən bəhs edən Seymin marşalı hər iki ölkədə parlament dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayaraq, bu qrupların mütəmadi görüşlərinin keçirilməsinin mövcud əlaqələrin daha da irəli aparılması baxımından vacib olduğunu qeyd edib.

E.Məmmədyarov Polşa rəsmisinə səmimi qəbula görə təşəkkür edərək iki ölkə arasında mövcud olan əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib. Nazir Azərbaycan Milli Məclisinin spikerinin səmimi salamarını Marek Kuxçinskinin diqqətinə çatdırıb. E.Məmmədyarov qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən enerji, infrastruktur layihələri, o cümlədən Cənubi Qaz Dəhlizi, habelə Cənub-Qərb nəqliyyat dəhlizi haqqında geniş məlumat verib.

Tərəflər Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı çərçivəsində iştirak ilə bağlı fikir mübadiləsi aparıblar. E.Məmmədyarov Polşanın Aİ üzv ölkələri arasında Azərbaycanın əsas tərəfdaş ölkələrindən biri olduğunu söyləyib.

Seymin marşalı Şərq Tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Avronest Parlament Assambleyası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığının genişləndirilməsinin vacib olduğunu bildirib.

E.Məmmədyarov bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin cari vəziyyəti ilə bağlı Seymin Marşalını məlumatlandırıb. Münaqişənin tezliklə həllinin bölgədə sülh, dayanıqlı inkişaf və rifahın təmin olunması baxımından vacib olduğu vurğulanıb.

Azərbaycanın xarici işlər naziri Polşa Seyminin Marşalını Azərbaycana səfərə dəvət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR