AKP İstanbuldakı seçkinin ləğvi üçün rəsmi addım atdı: "Ciddi dəlillər var"

img

16-04-2019 [20:05]


Prezident Ərdoğanın sədri olduğu AKP İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi məqsədi ilə Yüksək Seçki Quruluna (YSK) rəsmi müraciət edib.

Mia.az xəbər verir ki, bu barədə AKP sədrinin müşaviri Əli İhsan Yavuz  açıqlama verib.

Bildirib ki,  seçkinin ləğvi və yeni seçki keçirilməsi tələbi ilə müvafiq sənədlər artıq YSK-ya təqdim olunub: "Seçkinin ləğvi üçün ciddi dəlillər var və bunlar YSK-ya verildi".

Xatırladaq ki, İstanbulda keçirilən seçkidə CHP-nin namizədi Əkrəm  İmamoğlu rəqibi Binəli Yıldırıma təxminən 12 min səs fərqi ilə qalib gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR