Ərdoğanla Lukaşenko jurnalistlərin qarşısında: "Belarus bizi tək buraxmadı" - Konfransda Azərbaycandan danışıldı

img

16-04-2019 [19:20]


Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyədə Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Mia.az xəbər verir ki,  Ərdoğan çıxışında Belarusla ikitərəfli münasibətlərdən, ticarət əlaqələrindən söz açıb. Eyni zamanda, o, siyasi məsələlərə də toxunub. Bildirib ki, Belarus FETÖ-ya qarşı mübarizədə bizi yalnız buraxmayıb: "Türkiyə Belarusun müstəqilliyini tanıyan ilk ölkədir. Qarşılıqlı əməkdaşlığı hər sahədə irəli aparmağa çalışacağıq”.

Lukaşenko isə Ərdoğandan Türkiyə banklarının Belarusa ayaq açmasını və bir sıra iqtisadi layihələrdə birgə əməkdaşlıq etməyi istəyib: "Siz bütün məsələlərdə Belarusa arxayın ola bilərsiz. Belarus xalqı həmişə Türkiyənin yanında olub, olacaq. Əmin ola bilərsiz ki, bu, belə da davam edəcək. Biz bütün anlaşmalara sadiq qalacağıq".

Lukaşenko daha sonra Türkiyə-Azərbaycan və Belarusun birgə traktor istehsal edəcəyinin müsbət hal olduğunu deyib: "Artıq bizim iki traktorumuz burada sərgidə nümayiş olunur.  Biz birgə əməkdaşlıq imkanlarımızı daha da genişləndirməliyik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR