Abşeron Rayon İcra Hakimiyyəti daha 3 vətəndaşla torpaq davasına qalxdı

img

16-04-2019 [18:42]


İcra hakimiyyəti məhkəməyə müraciət edir, məhkəmə qərarı ilə söküntü işi aparılır.

Mia.az xəbər verir ki, bu barədə jurnalist İlkin Pirəli sosial şəbəkədəki səhifəsində yazıb.

O,  Abşeron Rayon İcra Hakimiyyəti ilə aşağıdakı vətəndaşların məhkəmə çəkişmələrini təqdim edib:

1.Abşeron Rayon İcra Hakimiyyəti qanunsuz tikilinin sökülməsi üçün vətəndaş Rəhmanov Zahid Abduloğlunu məhkəməyə verib. İş Abşeron Rayon Məhkəməsinin hakimi Zülfüqar Sadiqovun icraatındadır.

2.Rayon icra hakimiyyəti torpaq sahəsinin boşaldılması üçün vətəndaş Balayev Taleh Nüsrətoğlunu məhkəməyə verib. İş Abşeron Rayon Məhkəməsinin hakimi Elçin Kazımovun icraatındadır.

3.Abşeron RİH torpaq sahəsinin boşaldılması üçün vətəndaş Cəfərov Oktay Mikayıloğlunu məhkəməyə verib. İş Abşeron Rayon Məhkəməsinin hakimi Elçin Kazımovun icraatındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR