Milli Məclisin deputatı Ermənistanda: "Dağlıq Qarabağa ən yüksək status verilə bilər"

16-04-2019 [18:24]

"Dağlıq Qarabağım işğaldan azad edilməsindən sonra ona Azərbaycanın daxilində ən yüksək status verilə bilər".

Bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev Yerevanda jurnalistlərə deyib.

"İstənilən danışıqlar tərəflərin hansısa tərəqqiyə nail olduqları təqdirdə, irəliyə doğru atılmış addımdır. Yaxşı ki, humanitar, o cümlədən jurnalistlərin qarşılıqlı səfərləri səviyyəsində əlaqələrin aktivləşdirilməsinə hazırlıq var, bu, müvafiq ab-hava yarada bilər", - A.Hacıyev əlavə edib.

Xatırladaq ki, aprelin 16-da Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə 52-ci iclası keçirilib/Report.



SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə