Şriftin ölçüsü / 428 dəfə oxunub

İlham Əliyev borclarla bağlı fərman imzaladı - Dəyişiklik

16 Aprel 2019 [17:36]

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də və "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edib.

Mia.az xəbər verir ki, dəyişiklik "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanın icrasını təmin etmək məqsədi ilə olunub.

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.29-cu yarımbəndində "investisiya qoyuluşu sahəsində dövlət zəmanəti ilə alınan kreditlərin layihələri üzrə müqavilələrin (sazişlərin, kontraktların) və ya təkliflərin iqtisadi ekspertizasını aparmaq, belə kreditlərə dair xarici investorlarla danışıqlarda iştirak etmək,” sözləri "Azərbaycan Respublikası adından alınan borc hesabına maliyyələşdirilməsi təklif edilən layihələrin (o cümlədən icrada olan layihə üçün əlavə maliyyələşdirmənin) və kreditlərin zəmanətlə alınması barədə müraciətlərin zəruriliyini, prioritetliyini, maliyyə dayanıqlığını, ölkənin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirmək,” sözləri ilə əvəz edilib.

"Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 1.3-cü bəndində "Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanına” sözləri "Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanına” sözləri ilə əvəz edilib.




SON XƏBƏRLƏR