Sumqayıt Dövlət Universitetinin tələbəsi intihar edib

img

16-04-2019 [16:12]


Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi intihar edib.

"Report"un əldə etdiyi məlumata görə, aprelin 15-də SDU-nun Fizika fakültəsinin ikinci kurs tələbəsi, 1999-cu il təvəllüdlü Elməddin Vüqar oğlu Bəşirov yaşadığı Binə qəsəbəsindəki evdə özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SDU-dan isə "Report"a bildirilib ki, E.Bəşirov sonuncu dəfə universitetdə aprelin 15-də olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR