Putinin Səudiyyə Ərəbistanına səfəri.... - Kremldən açıqlama

16-04-2019 [16:03]
Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanına səfər tarixi hələlik müəyyən edilməyib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, hələlik tarixin müəyyən edilməsiylə bağlı hazırlıq gedir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil əl Cubeyr bundan öncə Moskva və Ər-Riyadın Putinin səfəriylə bağlı son detallar üzərində çalışdığını bildirib/Axar.az.


SON XƏBƏRLƏR