warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir Link kısalt mavi orkide PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü Warez forumu hacklink al
Şriftin ölçüsü / 68 dəfə oxunub

AFFA bir sıra klub, onların rəhbərliyi ilə futbolçularına cəza kəsdi - Təfərrüat

16 Aprel 2019 [15:07]
AFFA İntizam Komitəsi bır sıra klub, onların rəhbərliyi və futbolçularını cəzaladnırıb.

Mia.az AFFA-ya istinadən həmin qərarları təqdim edir:

13 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXIV turunun "Qarabağ” – "Sabah” matçında  "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
 

14 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXIV turunun "Səbail” – "Neftçi” matçında  "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyun başa çatdıqdan sonra "Səbail” klubunun 1 №-li futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub  1600 manat cərimə olunur. (maddə 42.1). Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 33).
 
14 aprel 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXIV turunun "Keşlə” – "Qəbələ” matçının 88-ci dəqiqəsində "Qəbələ” klubunun məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur  (maddə 62).
 
04 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XXI turunun "MOİK” – "Qarabağ-2” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun bitdikdən sonra "Qarabağ-2” klubunun 95 №-li futbolçusu Məmməd Hüseynov təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).
 
11 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XXII turunun "Şüvəlan” – "Kəpəz” matçında "Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
        
11 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XXII turunun "Qarabağ-2” – "Neftçi-2” matçının 90+8-ci dəqiqəsində "Qarabağ-2” klubunun 71 №-li futbolçusu Toral Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
12 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XXII turunun MOİK – "Keşlə-2” matçında "Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 86-cı dəqiqəsində "Keşlə-2” klubunun 90 №-li futbolçusu Orxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
12 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XXII turunun "Səbail-2” – "Qaradağ Lökbatan” matçında "Səbail-2” komandasının xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığına görə klub 80 manat cərimə olunur (maddə 67).
 
11 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XXII turunun "Sumqayıt-2” – "Sabah-2” matçında "Sumqayıt-2” komandasının xərək daşıyan uşaqlarının sayı əsasnaməyə uyğun olmadığına görə klub 80 manat cərimə olunur (maddə 67).
   
03 aprel 2019-cu il, Gənclər Liqasının, "Sumqayıt” – "Neftçi” matçının 61-ci dəqiqəsində "Neftçi” klubunun 91 №-li futbolçusu Fariz Qasımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
03 aprel 2019-cu il, Gənclər Liqasının, "Keşlə” – "Qarabağ” matçı başa çatdıqdan sonra "Keşlə” klubunun 85 №-li futbolçusu Əmrah Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
13 aprel 2019-cu il, Bakcell U-17 Liqasının, "Tufan” – "Sabah” matçının 60-cı dəqiqəsində "Tufan” klubunun 10 №-li futbolçusu Muxtar Nəzərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 90+3-cü dəqiqəsində "Tufan” klubunun 4 №-li futbolçusu Nurlan Nuriyev hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 90+3-cü dəqiqəsində "Sabah” klubunun baş məşqçisi Namiq Süleymanov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
 
15 aprel 2019-cu il, Bakcell U-17 Liqasının, "Xəzər Lənkəran” – "Qəbələ” matçı başa çatdıqdan sonra "Xəzər Lənkəran” klubunun 10 №-li futbolçusu Əli Tağızadə təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
Oyun başa çatdıqdan sonra "Qəbələ” klubunun 9 №-li futbolçusu Emil Səfərov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
 
12 aprel 2019-cu il, U-16 Liqasının, "Viləş” – "Zirə” matçının 56-cı dəqiqsəində "Zirə” klubunun 9 №-li futbolçusu Nurəli Nurəliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
 
14 aprel 2019-cu il, Kapital Bank U-14 Liqasının, "Binə” – "Keşlə” matçının 46-cı dəqiqəsində "Keşlə” klubunun 3 №-li futbolçusu Əhməd Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
14 aprel 2019-cu il, Kapital Bank U-14 Liqasının, "Neftçi” – "Sabah” matçının 59-cu dəqiqəsində "Sabah” klubunun 4 №-li futbolçusu Əli Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
10 aprel 2019-cu il, Coca Cola U-13 Liqasının, "Neftçi” İK İB (Siyəzən) – "Turan Tovuz” (Tovuz) matçının 17-ci dəqiqəsində "Turan Tovuz” klubunun məşqçisi Elxan Abdıyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
Oyunun 31-ci dəqiqəsində "Neftçi” İK İB klubunun məşqçisi Elçin Ağayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
 
13 aprel 2019-cu il, Azərbaycan Kuboku, "Qubek” (Balakən) – 8 №-li "İOEUGİM” matçında "Qubek” klubunun əvəzetmə limitinin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir haqqında (maddə 51).
 
03 aprel 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının "Obolon” – "Advokat”   matçının 15-ci dəqiqəsində "Advokat” klubunun məşqçisi Fuad Rzayev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.4).
 
14 aprel 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının "Star Karqo” – "Atletiko Baku” matçının 15-ci dəqiqəsində "Starkarqo” matçının 97 №-li futbolçusu Şamil Ramazanov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
14 aprel 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının "Gilan” – "Gənclik” İK matçının 27-ci dəqiqəsində "Gənclik” İK klubunun 20 №-li futbolçusu Pərviz Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
14 aprel 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının "Xəzər” – "Bədr” FK matçının 28-ci dəqiqəsində "Xəzər” klubunun 14 №-li futbolçusu Yaşar Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
 
12 mart 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının AZMİU – "Metropoliten” matçının 25-ci dəqiqəsində "AZMİU” klubunun 6 №-li futbolçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 30-cu dəqiqəsində "AZMİU” klubunun 16 №-li futbolçusu Hakan Erik hakimlər briqadasın təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
      
19 aprel 2019-cu il, futzal üzrə Azərbaycan II Liqasının ADBTİA – "Sovetski” matçında "Sovetski” komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
 
Topaz Premyer Liqasının XXIV turunun "Keşlə” – "Qəbələ” matçının gedişində "Qəbələ” klubunun üzvü Stiven Jozef Monrozun yol verdiyi hərəkətlə bağlı "Qəbələ” klubunun nümayəndəsi İntizam Komitəsinin iclasına dəvət olunub, məsələ ilə bağlı tərbiyəvi işin aparılması barədə tövsiyə verilib.
 


SON XƏBƏRLƏR