"Çoxsaylı problemlər müdaxilə ilə bağlıdır" - Rusiya XİN

16-04-2019 [14:04]
Yaxın Şərq və Şimali Afrikanın çoxsaylı problemləri region dövlətlərinə xaricdən davam edən müdaxilə ilə bağlıdır.

Bunu Rusiya-Ərəb əməkdaşlıq forumunda çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O, bugünkü forumda Fələstin-İsrail konflikti, Suriya, Liviya, Yəmən böhranı, terrorizmlə mübarizə məsələlərinin müzakirə ediləcəyini deyib. Nazirin sözlərinə görə, tərəflərin səylərin birləşdirməsi regionda yaranan situasiyanın stabilləşməsi üçün önəmlidir/Axar.az.


SON XƏBƏRLƏR