Aleksandr Lukaşenko Türkiyəyə rəsmi səfər edəcək

img

16-04-2019 [11:57]


Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyə Prezidentinin rəsmi saytı məlumat yayıb.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belaruslu həmkarı ilə təkbətək görüş keçirəcək. Bundan sonra Türkiyə və Belarusun nümayəndə heyətləri arasında görüşün olması nəzərdə tutulub. Bunun ardınca tərəflər arasında müqavilələr imzalanacaq.

Prezidentlər görüşün yekunlarına dair birgə mətbuat konfransı keçirəcəklər. Birgünlük səfər Belarus Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə verilən ziyafətlə yekunlaşacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR