Şriftin ölçüsü / 78 dəfə oxunub

MTRŞ yeni xəbər kanalının açılması məsələsini gələn həftə müzakirə edəcək

16 Aprel 2019 [11:00]
Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə təqdim olunan sənədlərə aprelin 20-dən sonra baxılacaq.

Bunu "Report”a açıqlamasında şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, yekun qərar şuranın iclasında veriləcək.

Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqə elan etmişdi. Müsabiqəyə 3 iddiaçı sənəd verib. Bunlar "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), "TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və "RTV” Məhdud Məsuliyyətli Cəmiyyətidir.


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib