Yıldırım istefa haqda sualdan yayındı, sədrin baxışları isə diqqətdən qaçmadı - FOTO

15-04-2019 [22:54]

Bu gün jurnalistlərin qarşısına çıxan AKP-nin İstanbul bələdiyyəsinə namizədi Binəli Yıldırım 2 saat ərzində verilən çoxsaylı suallardan yalnız birinə cavab verməyib.

Mia.az xəbər verir ki, jurnalistlərdən biri 2014 və 2019 bələdiyyə  seçkiləri arasında paralellik aparıb və Binəli Yıldırımdan "AKP-nin İstanbul şəhər təşkilatının sədri son seçkidəki uğursuzluğa görə istefa verəcəkmi" deyə soruşub.

Binəli Yıldırım sualın üzərindən sükutla keçsə də, həmin an yanında oturan təşkilat sədri Bayram Şenocakın baxışları jurnalistlərin diqqətindən qaçmayıb.

Bunun ardınca başqa bir jurnalist "Bayram Şenocakla aranızda problem olduğu yönündə iddialar var. Bu barədə nə deyə bilərsiz?" sualını verib.

Yıldırım suala belə cavab verib: "Görürsünüz ki, yan-yana oturmuşuq. Dedi-qodulara görə hərəkət etmək olmaz".



SON XƏBƏRLƏR