Ermənistan jurnalistləri Bakıya gələcək – Azərbaycandan hansı jurnalistlər Yerevana gedəcək?

img

15-04-2019 [20:33]


"Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı və Yerevana səfərləri təşkil olunacaq".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla keçirilən görüşdə razılığa gəlinib: "Bundan başqa, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində kənd təsərüfatı ilə məşğul olan əhaliyə heç bir mane törədilməməsi və təhlükəsizliklərinin təmin olunması barədə də razılıq əldə olunub. Ermənistan tərəfinin buna hörmətlə yanaşacağına və sakinlərə işləməyə imkan yaradılacağına inanmaq istərdim".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR