Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyinatı olub

13-04-2019 [18:03]
Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyinatı olub. 

"Report"un məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, bu vəzifəyə polkovnik Məhəmməd Həsənov gətirilib. Heydər Əliyev adına Hərbi Liseyin bayrağı sıra meydanına gətirilərək ona təhvil verilib. Sonda hərbi liseyin marşı oxunub, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. 

Qeyd edək ki, bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov olub. Onun daha yuxarı vəzifəyə təyin olunması ilə əlaqədar bu postdan azad edildiyi bildirilib. 


SON XƏBƏRLƏR