"AŞPA böhran vəziyyətindədir"

12-04-2019 [15:11]
Rusiya AŞPA-da nümayəndə heyəti yaratmaq çağırışlarını alqışlayır.

Bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə deyib.

"Avropa Şurası, AŞPA rəhbərliyindən, sağlam düşüncəli siyasətçilərdən müsbət siqnallar gəlir. Onlar AŞPA-nın böhran vəziyyətində olduğunu, bunun bütövlüklə Avropa Şurasına da sirayət edəcəyini başa düşürlər. Biz də bunları alqışlayır və dialoqun davamına hazırıq”, - V.Matviyenko vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl AŞPA Rusiyanı bu qurumda nümayəndə heyəti yaratmağa, habelə Avropa Şurasına üzvlük haqqı ödəməyə çağırıb/Report.


SON XƏBƏRLƏR