Prezident İlham Əliyev Valentina Matviyenkoya “Dostluq” ordenini təqdim edib - FOTO

img

12-04-2019 [11:55]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın "Dostluq” ordenini təqdim edib.

Xatırladaq ki, Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlət başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR