Evdən 2 qardaşın meyiti tapıldı

12-04-2019 [10:31]

Bakıda iki qardaşın meyiti tapılıb. 

Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşları aprelin 11-i saat 22 radələrində Babək prospekti 90 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Məhəmmədoviçin və onun qardaşı, 1979-cu il təvəllüdlü Məhərrəmov Yuriy Məhəmmədoviçin meyitini aşkar ediblər.

Xətai rayon prokurorluğu tərəfindən meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib.

İlkin araşdırma zamanı, qardaşların narkotik maddələrin aludəçisi olması müəyyən edilib/qafqazinfo



SON XƏBƏRLƏR