Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb

img

11-04-2019 [21:38]


Azərbaycanın qadın güləşçisi Elmira Qəmbərova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

59 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Angelina Lisakı məğlub edib.

Digər güləşçi Türkan Nəsirova (50 kq) bürünc medal uğrunda türkiyəli Evin Demirhana uduzub. 68 kq-da yarışan İrina Netreba isə bu gün "bürünc" üçün isveç təmsilçisi Anna Franssonu sınağa çəkəcək.

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində Elis Manolova (65 kq) finalda rumıniyalı Krista İnçe üz-üzə gələcək. Manolova ilə yanaşı, sabah Tatyana Omelçenko (62 kq) bürünc medal, Alyona Kolesnik (57 kq) isə təsəlliverici görüşünə çıxacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR