“Accessbank”da yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib

img

11-04-2019 [16:02]


"Accessbank”da yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə bankın Bakı şəhəri, Tbilisi prospketi 3 ünvanında yerləşən mərkəzi ofisində qeydə alınıb.

Yanğın nəticəsində bankın mühafizə xidmətinin 5 əməkdaşı xəsarət alıb. Bunlar 1985-ci il təvəllüdlü Vüqar Məmmədov, 1984-cü ildə anadan olmuş Soltan Mirzəyev, 1985-ci il təvəllüdlü Əli Manafov, 1988-ci il təvəllüdlü Əkbər Nəsirov və1987-ci il təvəllüdlü Fərid Əhmədovdur. Onlar tüstüdən zəhərlənib.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR