Bakıda tanınmış həkim və arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

img

11-04-2019 [15:17]


Bakıda qətl törətməkdə təqsirləndiriən İlqar Xancanovun cinayət işi üzə ibtidai istintaqı başa çatıb.

"Report"un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədova bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıb.

O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadını A.Şuşalıya məxsus "Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Lakin polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR