Parlamentdə homoseksualların məsələsi qaldırıldı – Deputat etiraz etdi

img

11-04-2019 [14:56]


"Bəzi ailələr və valideynlər var ki, övladlarının təhsil almasını istəmirlər”. Bunu bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Elşən Musayev deyib.

Deputat belə halın təmsilçisi olduğu Zaqatala və şimal bölgəsində də müşahidə olunduğunu təəssüf hissi ilə vurğulayıb:

"Mən özüm şahidi olmuşam ki, bəzi ailələr, valideynlər övladlarının – hansı ki, onlar istedadlı uşaqlardır- təhsilində, oxumasında maraqlı deyilər. Bu, çox böyük təəssüf doğurur. Bu məsələdə nəyi isə bəhanə gətirməz olmaz. Xüsusilə, istedadlı uşaqlar öz təhsillərini davam etdirməli və onlara dəstək göstərilməlidir. Mən elə hesab edirəm ki, Gənclər Fondu belə uşaqlara, yeniyetmələrə öz imkanları daxilində yardım, dəstək göstərməlidir”.

Müzakirələrin gedişində homoseksual gənclərlə bağlı məsələ də qaldırılıb. Bu məsələ iclasda iştirak edən gənc tələbələrdən biri tərəfindən dilə gətirilib. Tələbə qeyd edib ki, homoseksual, cinsi azlıqların nümayəndələri olan gənclər tez-tez fiziki və mənəvi təzyiqlərə, təsirlərə məruz qalırlar:

"Onlar çox vaxt işə götürülmürlər və ya onlara iş yerlərində fiziki, mənəvi təzyiqlər göstərirlər. Onlar diskriminasiyaya məruz qalırlar. Hansı ki, onların işləmək və təhsil almaq, eləcə də digər hüquqları Konstitusiya ilə təsbit olunub. Onların da artıq konstitusion hüquqları təmin edilməlidir. Bununla bağlı parlament tərəfindən də addımlar atılmalıdır”.

Deputat Elşən Musayev isə deyib ki, bu məsələdə dövləti heç cür günahlandırmaq olmaz.

"Bu, daha çox milli mental dəyərlərdən irəli gələn ictimai qınaq və tənbehlə bağlı olan məsələdir. Düşünmürəm ki, onlara qarşı hər yerdə "qara zolaq” var. Bu, belə deyil. Mən bilmirəm siz faktları hardan almısız, amma mənim bildiyim odur ki, həmin azlığın nümayəndələri də işlə təmin olunurlar”.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR