Şriftin ölçüsü / 642 dəfə oxunub

Röyadan icra başçısının xanım müavininə ittiham: "Ay gözəl xanım, bu sualın yeri idi?"

11 Aprel 2019 [11:09]
Əməkdar artist Röya Ayxan 162 saylı tam orta məktəbdə baş verən Elina Hacıyevanın intiharı ilə bağlı şok iddia irəli sürüb.

Axar.az xəbər verir ki, müğənni intihardan sonra E.Hacıyeva ilə söhbət edən xanımın Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova olduğunu qeyd edib:

"Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz”.

Məsələ ilə bağlı Səbail RİH-dən E.hacıyevanı sorğu-suala tutan şəxsin kimliyi barədə məlumatsız olduqlarını bildiriblər.

İcra başçısının müavini X.Bayramova isə ittihamlara cavab verməyib.


SON XƏBƏRLƏR