Ordu prezidenti devirdi, ətrafını həbs etdi - Sudanda çevriliş

img

11-04-2019 [10:05]


Sudanda ordu hərbi çevriliş edib.

Bildirilib ki, hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

Sudan Prezidenti Bəşir əl-Ömərin ətrafında olan indiki və keçmiş yüksək vəzifəli şəxslər həbs ediliblər.

Bu məlumatı "al-Hadath” telekanalı yayıb.

Bildirilib ki, həbs edilənlər arasında prezident qvardiyasının rəhbəri, keçmiş müdafiə naziri Əbdül Rahim Məhəmməd Hüseyn, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, keçmiş vitse-prezident Əli Osman Taha da var.

Taha etiraz aksiyası iştirakçılarına qarşı "kölgə tabor”undan istifadə edəcəyini bildirmişdi.

Ölkə paytaxtı Xartumun küçələrində minlərlə insan çıxıb. Aprelin 6-dan başlayan tətil davam edir.

Məlumata görə, Xartumda beynəlxalq hava limanı bağlanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR