10-04-2019 [16:30]
Azərbaycan Mətbuat Şurası Bakıda şagirdin məktəb binasından özünü ataraq intihar etməsi ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.
Mia.az-a daxil olan müraciətdə deyilir:
"Son günlər bəzi internet media reruslarında və müxtəlif sosial şəbəkə profillərində 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ətrafında çoxsaylı materiallar yayımlanmaqdadır.
Əlbəttə, ikincilərin hadisənin həssaslığına diqqət yetirməməsi müəyyən mənada anlaşılandır. Ancaq medianın reytinq naminə məsələ ilə bağlı spekulyasiyası qətiyyən yolverilməzdir.
Mətbuat Şurası olaraq biz dəfələrlə mövcud istiqamətdə tövsiyələr vermiş, belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq".
Şura bir daha bəyan edir ki, intihar hallarına dair materiallar yayımlayarkən hadisənin cəmiyyətdə doğuracağı reaksiyanı düşünmək mütləqliyi jurnalistikanın təməl prinsiplərindən irəli gəlir: "Ümumən jurnalistikanın prinsipləri tələb edir ki, faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə olaylara cəlb edilmiş uşaqların və yeniyetmələrin kimliyi mütləq qorunmalıdır, onların foto şəkilləri, video-görüntüləri yayılmamalıdır. Elina Hacıyeva ilə bağlı məsələdə bu tələbə əməl edilmədi. Hazırkı durumda bəzi media orqanlarının yanaşması baş vermiş hadisənin ictimai əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq istəyi sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hadisədə bir şəxsin və onun yaxın ətrafının zərər çəkməsi ilə yanaşı, hadisə ilə bağlı təqdimatları izləyən digər cəmiyyət üzvlərinin, xüsusən də Elinanın həmyaşıdlarının mənəvi zərərlə üzləşməsi, sarsıntı keçirməsi kimi həssas məqamlar var.
Bəzi media orqanlarında E.Hacıyevanın foto-görüntüləri ilə yanaşı, onun intihar anını əks edildiyi iddia olunan video-görüntülər də yayımlanmaqdadır. Burada əlaqədar qurumlar üzərinə düşən vəzifələrin icrasında məsuliyyətli davranmalıdırlar. Cəmiyyətin informasiya almaq hüququnu məhdudlaşdırmamaq şərtilə gənclərlə və yeniyətmələrlə bağlı faciələrin, intihar hallarının doğura biləcəyi reaksiya onlar tərəfindən də düzgün hesablanmalı, hansı foto, yaxud video-görüntünün yayıla biləcəyinin mümkünlüyü ciddi nəzərə alınmalı, həmin görüntülərin insanlara təsirinin tərəfləri yetərincə dəyərləndirilməli, spekulyasiyalar üçün meydan verilməməlidir. Bu iş peşəkar qurulmalı, hansısa inzibatçılıqla aparılmamalı, yalnız qanunçuluğa söykənməlidir.
Azərbaycan Mətbuat Şurası bir daha internet media resurslarının təmsilçilərinə müraciət edərək onları öz üzərilərinə düşən missiyaya həssas yanaşmağa, qeyd etdiyimiz məsələləri mütləq qaydada nəzərə almağa çağırır".
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb