AŞPA prezidenti Gürcüstana səfər edəcək

10-04-2019 [14:25]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye aprelin 29-30-da Gürcüstana səfər edəcək.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə AŞPA prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə Strasburqda keçirdiyi görüşdən sonra bildirib.

Tbilisiyə səfəri çərçivəsində L.M.Paskye Gürcüstanın Avropa Şurasına (AŞ) üzvlüyünün 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Görüşdə tərəflər Gürcüstan və AŞ arasında qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək son illər Gürcüstanın demokratiya və islahatlar sahəsində əldə etdiyi nailiyyətləri vurğulayıblar. 


SON XƏBƏRLƏR