09-04-2019 [19:42]
Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə ilə Baş prokuror Zakir Qaralovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müşavirəni giriş nitqi ilə açan Z.Qaralov ölkə başçısı tərəfindən əhalinin layiqli həyat səviyyəsinin təmin olunması və dövlət-vətəndaş münasibətlərinin müasir çağırışlara uyğun formalaşmasına yönəlmiş institusional tədbirlərin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.
Dövlət başçısının humanist siyasətinin təzahürü olan, mühüm strateji əhəmiyyətə malik bir sənəd kimi ölkənin hüquq sisteminin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinə və təkmilləşməsinə təkan verən "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayan Baş prokuror sənədin imzalandığı tarixdən ötən müddət ərzində istintaq zamanı həbs edilmiş şəxslərin sayının 30 faiz azaldığını diqqətə çatdırıb.
Həmin Sərəncamdan irəli gələn vəzifələrin vaxtında və tam şəkildə yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi, Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun əməkdaşlarından ibarət tərkibdə yaradılmış birgə işçi qrupu tərəfindən təkliflərin hazırlandığını, həmin təkliflər əsasında hazırlanmış qanun layihəsinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında qanunvericilik orqanına təqdim edildiyini, həmin layihənin qəbul edilməklə 1 dekabr 2017-ci il tarixdən qüvvəyə mindiyini qeyd edən Baş prokuror yeni qanunla Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilərək, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməlinin dekriminallaşdırıldığını, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirildiyini, 152 növ cinayətlərin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunaraq cəza siyasətinin humanistləşdirilməsi istiqamətində bir sıra digər mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Baş prokuror həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində prokurorluğun və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işləri üzrə son dövrlərdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə vəsatət və təqdimatların verilməsi zamanı yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı 12 mart 2019-cu il tarixdə Baş Prokurorluğun bütün struktur qurumlarına və Respublikanın müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarının rəhbərlərinə göstəriş xarakterli məktubun göndərildiyini nəzərə çatdırıb.
Müşavirədə Fərmandan irəli gələn vəzifələrin vaxtında və səmərəli icrasını təmin etmək məqsədilə 4 aprel 2019-cu il tarixdə Baş Prokurorluqda İşçi Qrupun yaradıldığını qeyd edən Baş prokuror cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrinin hazırlanmasının, həmçinin məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsininin mütəmadi təhlil edilməsinin zəruriliyini vurğulayıb.
Fərmanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsinə münasibət bildirən Baş prokuror cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qanunvericiliyinin müddəlarına düzgün istintad edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Əməliyyat müşavirəsində Baş prokuror Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.
Bundan əlavə, əməliyyat müşavirəsində Baş prokurorun müavini Namiq Əsgərov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Baş prokurorun köməkçiləri Toğrul Muxtarov və Zaur Axundzadə çıxışlar edərək, Fərmanın qarşıda mühüm vəzifələr qoyduğunu vurğulayıblar.
Tədbirin sonunda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Baş Prokurorluqda həmin Fərmanın tələblərindən irəli gələn vəzifələrin vaxtında və səmərəli yerinə yetirilməsi istiqamətində qanun layihələrinin hazırlanaraq təqdim edilməsi təmin ediləcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"