"Bu xanım burada əziyyət çəkir, onu sevdiyi bir işə keçirsinlər" - Baş redaktor mətbuat katibinə sitəm etdi

img

09-04-2019 [17:47]


"Xarici İşlər nazirliyinin mətbuat katibləri hər zaman yüksək peşəkarlığı və əlçatımlılığı ilə fərqlənib. Onlar bizlərdən bir zəng məsafəsində olublar. Özü də ilk kontakt təşəbbüsü onlardan gəlib".

Bunu "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yazıb.

"Hazırda keçmiş mətbuat katiblərindən bir neçəsi səfir və sonuncusu – Hikmət Hacıyev Prezident Administrasiyasında işləyirlər. Onların hamısı ilə günü bugün də telefon və vatsap əlaqələrimiz qalır. Son mətbuat katibi – Leyla Abdullayeva isə istisnadır. Əminəm ki, Leyla xanım bizi sözün bütün mənalarında heç tanımır da.

Təklif edirəm, keçmiş mətbuat katiblərindən hər hansı biri yaxın aylarda yeni xarici işlər nazirimiz təyin ediləndə, bu xanımı daha yüksək vəzifəyə, sevdiyi bir işə keçirsinlər. Burada əziyyət çəkir".

Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR