Gəncədə iki məktəbli bacı itkin düşdü

img

09-04-2019 [11:06]


Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb.

MİA.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 237, bina 3-də baş verib.

Həmin binada yaşayan 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR