Bakıda qadının maşınını soyan şəxs tutuldu

img

09-04-2019 [11:01]


Aprelin 8-də Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 30-da axşam saatlarında M.Həsənov küçəsində "Jeep” markalı avtomobilindən 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aprılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR